Zərərli tövsiyələr

Malik Mammadov
2 min readFeb 1, 2022

--

Psss…Yeni rəqəmsal məhsula başlayırsan? Onda düz yerdəsən, lazımı tövsiyələr verəcəyəm.

Belə tövsiyələri qardaş-qardaşa heç vermir 😈

  1. Heç vaxt personaları araşdırıb tapma. Neynirsən ki? Məhsulu bazara buraxacaqsan, insanlar da gözüyümulu istifadə edəcək
  2. Rəqibləri “benchmark” etmə. Qoy onlar səni “benchmark” etsin
  3. Birdən səhvən oturub “Customer Journey Map” çəkərsən. Kimsə deyər ki yaxşı işləmisən, sən də götürüb “user flow” da hazırlayarsan. Heç vaxt belə etmə. Ok?

4. Yuxarıda yazanlara ümid edirəm ki, əməl etmisən. Buna görə də birbaşa başla interfeys çəkməyə. Nə developerə, nə “product owner”/manager-a, nə də ki, stakeholder-a xəbər vermə və dəqiqləşdirmə

5. UI çəkəndə, özün üçün nə rəng sistemi, nə button nə də input-ların müxtəlif vəziyyətlərini hazırlama. Neynirsən ki, vaxtını elə xırda məqamlara sərf edirsən, həyat qısadı. Sonra söznən başa salarsan.

6. Çəkdin bitirdin? Afərin! Birdən ağlına gələr ki, gedim user-lə test edim, hipotezləri yoxlayım, feedback alım və dəyişim nəyisə…bu səhv yoldu. User səndən çox bilmir ki? Sən rəssamsan, sən belə görürsən!

7. MVP sözünü eşitmisən? Yaxşı söz deyil, başqa yerdə demə, düz başa düşməzlər

8. Dizaynı hazır olan heç bir hissəni “product owner”la tasklara bölüb backlog-a atma. Eşidirsən məni?! Etmə bunu! Product owner çox şey deyə bilər, amma o yanılır, çünki onun mənim kimi məsləhətçisi olmayıb

9. Davam edək. Birtəhər öz komandanı (unutma, onların başı heç nədən çıxmır) yola gətirib development-ə başlamısız? Aha, indi isə birbaşa “production”a ötürün. Ola bilsin səhvlər olsun (kim bu həyatda səhvsizdir ki?), istifadəçiyə narahat olsun (istifadəçilərə qulaq asma), biznesin qoyduğu məqsədlərə çatmırsız. Əsas odur ki, sənin dizaynında bol rənglər və kölgələr var

10. Ola bilsin 1–2 UX Marafona baxmısan və orda dizaynerlər məhsullara metriklar qoşduğunu görmüsən. Yaxşı yanaşmadı, amma bizlik deyil. O Avropada, Amerikada işləyir, bizdə nəyi ölçəcəksən ki? Bundan sonra elə videolara baxma, TikTok-a bax

11. Nə deyirsən? Komanda məqsədlərə çatmır və ola bilsin komandanı bağladılar? Səhv səndə deyil, sən dizaynı çəkdin verdin. Yəqin ki, “product owner” düz hesablamalar aparmayıb, ya da developerlər kodu pis yazıblar. Dəmir kimi ol, başını uca tut, sən məhsul dizaynerisən!

Bu məsləhətləri əzbərlə və qoy onlar sənin üçün, sənin qəliz məhsul dizaynerliyi yolunda mayak kimi işıq saçsınlar !

--

--